Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyənin hakim partiyası olan AK Partiyanın Elazığ şəhər təşkilatının sədri şantaj olunduğunu iddia edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təşkilat sədri Şərafəddin Yıldırım oğlu Mustafa Seccad Yıldırımın narkotikdən istifadə etdiyi anla bağlı yayılan videoya münasibətdə belə deyib.
O, iddia edib ki oğlunu "tələ"yə salıblar: “Oğlunun bizə borcu var - iddiası ilə bu saxta video yayılıb. Elə bildilər ki, iyasi mənsubiyyətimlə bağlı çəkingən davranaraq onlara pul verəcəm. Ancaq şantaja boyu əymədim".
Təşkilat sədri daha sonra sözünü təkzib edən açıqlama verib. O deyib ki, videoni oğlunun keçmiş şəriklərindən biri çəkib. Türkiyə mediası da yazır ki, təşkilat sədri gah saxta videodan danışır, gah da deyir bunu keçmiş şəriki çəkib: "Bu açıqlamanın hansı doğrudur?"
Samir Musayev
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.