AZ

Bu qış sərt keçəcək? Hidrometeorologiya Xidmətindən açıqlama

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sentyabr ayında Bakıda müşahidə edilən sərin və yağıntılı hava şəraiti insanlarda qışın daha da sərt keçəcəyi ilə bağlı müəyyən narahatlıq yaradır.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülşad Məmmədova mövzu ilə bağlı referans.az -a açıqlamasında bildirib ki, hazırda müşahidə edilən hava şəraiti payız mövsümü üçün tamamilə normaldır:

"Sentyabr ayı artıq payız fəslinin başlanğıcıdır. Bu dövrdə havanın sərinləşməsi, küləklərin güclənməsi və yağıntıların müşahidə olunması təbii prosesdir. İnsanlar bunu bəzən qışın sərt keçəcəyi ilə əlaqələndirsələr də, belə nəticə çıxarmaq elmi baxımdan doğru deyil".

Onun sözlərinə görə, payız aylarında müşahidə edilən yağıntılar və temperaturun enməsi qışın proqnozlarına birbaşa təsir etmir:

"Qış fəsli ilə bağlı dəqiq məlumat yalnız noyabr ayının sonlarında verilə bilər. Hazırda müşahidə edilən hava şəraiti isə təbiətin normal dövriyyəsinin bir hissəsidir".  

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
9
news.milli.az

10Mənbələr