AZ

Yaşlı insanları yuxu dərmanı verib yatırtmaq təhlükəlidir

Medicina portalından alınan məlumata görə, ain.az xəbər verir.

Həkim yaşlı insanlar üçün yuxu həblərinin təhlükəsi barədə xəbərdarlıq edib.

“Medicina” xəbər verir ki, Universitetinin Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin Yuxu pozğunluqları klinikasının rəhbəri, nevroloq, psixiatr Ruslan İsayevin sözlərinə görə, yaşlı adamlarda yuxu həbləri yaddaş problemlərinə səbəb ola bilər.

"Yaşlı insanlar üçün yuxu həblərinin dozası standart dozanın yarısıdır. Belə dərmanların qəbulu kursu bir aydan çox olmamaq şərtilədir. Benzodiazepin qrupundan olan dərmanlardan istifadə etmək qəti qadağandır”.

O, xəbərdarlıq edib ki, bu cür dərmanlar yaşlılarda yaddaşın pozulmasına və sürətlə asılılığa səbəb ola bilər.

Bunun fonunda demensiyaya bənzər simptomlar görünə bilər. İsayev vurğulayıb ki, həkim nəzarəti olmadan dərman qəbul etmək olmaz.

Aygün Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
icma.az

2Mənbələr