AZ

Avropa Komissiyasının sədri Ursula von der Leyen məhkəməyə verilib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Avropa Parlamenti üzvü, Rumıniyalı deputat Corc Pipereya, Avropa Komissiyasının sədri Ursula von der Leyenə qarşı məhkəmə iddiası qaldırıb.

TurkicWorld xəbər verir ki, iddiaya səbəb von der Leyenin Pipereyanın “Rusiyadan göstəriş aldığı” barədə söylədiyi fikirlər olub.

Deputat bu açıqlamaları böhtan kimi qiymətləndirərək məsələni məhkəmə müstəvisinə çıxarıb.

Bildirilib ki, Pipereyanın şikayəti von der Lyayenin yüksək səviyyəli siyasi çıxışlarından birinə əsaslanır.

Hazırda məhkəmə prosesinin təfərrüatları açıqlanmasa da, bu addım Avropa İttifaqı daxilində siyasi müzakirələrə səbəb olub.

Seçilən
90
turkic.world

1Mənbələr