AZ

Əldə edilən pul, itirilən övlad – Seçimi kim edir?

Son illər sosial şəbəkələrdə daşıyıcı ana (surroqat ana) ilə bağlı elanların paylaşılması müşahidə olunur. Bu elanlarda bir tərəfdən övlad sahibi olmaq istəyən ailələr, digər tərəfdən isə maddi qazanc əldə etmək istəyən qadınlar çıxış edir.

Belə elanların sosial şəbəkələrdə açıq şəkildə paylaşılması hüquqi baxımdan hansı nəticələrə gətirib çıxara bilər?

İctimai vəkil Samir Zeynalov bununla bağlı bir sıra detalları “Yeni Sabah”a açıqlayıb: Dördpendirli pizza

“Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının  Ailə Məcəlləsində surroqat ana məsələsi ayrıca tənzimlənmir.Uşaq anadan doğulan kimi qanun qarşısında hüquqi ana yalnız doğuşu həyata keçirən qadın sayılır. Yəni surroqat müqaviləsi olsa belə, hazırkı şəraitdə bu müqavilə hüquqi qüvvəyə malik deyil.Bu, gələcəkdə uşağın hüquqi statusu ilə bağlı mübahisələr yarada bilər (kim ana sayılacaq, ata ilə bağlı qeydiyyat necə aparılacaq və s.). Sosial şəbəkədə elan verməklə bağlanan müqavilə formal olaraq etibarsız hesab edilə bilər. Çünki qanunvericilikdə belə bir müqavilə forması tanınmır.Qadın öhdəliyini yerinə yetirmədikdə (məsələn, doğulan uşağı vermək istəmədikdə) ikinci tərəf hüquqi müdafiə ala bilmir. Bu cür elanlar uşağın alqı-satqısı görüntüsünü yaradır və gələcəkdə uşağın hüquqlarının pozulması ehtimalını artırır”. 

Müsahibimiz bildirib ki, qanunvericilik boşluğu səbəbindən uşağın doğulduqdan sonra sosial müdafiə, vətəndaşlıq, valideynlik hüquqları məsələlərində boşluqlar yarana bilər:

“Nəticə etibarı ilə nəzərinizə çatdırım ki, Azərbaycanda daşıyıcı ana ilə bağlı hüquqi baza olmadığına görə sosial şəbəkələrdə belə elanların paylaşılması həm hüquqi baxımdan risklidir, həm də etik olaraq çox mübahisəli görünür. Qanunvericilik bu məsələni dəqiq tənzimləmədiyi üçün tərəflər arasında bağlanan hər hansı razılaşma dövlət tərəfindən tanınmır və hətta bəzi hallarda cinayət məsuliyyəti riski daşıya bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr