ABŞ-ın İllinoys ştatındakı Linkoln orta məktəbinin yaxınlığında atışma baş verib.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, tüfənglə atəş açan şəxs iki nəfəri öldürüb.
Polis məktəbin yaxınlığında 20-yə yaxın atəş səsləri eşitdiklərini bildirib.
Məlumata görə, şübhəli daha sonra özünə atəş açaraq intihar edib.