AZ

“Kristal” təzminat tələb edir - Həmin videoya görə məhkəməyə müraciət olundu

“Kristal” sosial şəbəkədə “Park Yasamal” yaşayış kompleksi haqqında yayılan video ilə bağlı məhkəmə qaydasında müdafiəyə müraciət edib.

Bu barədə Publika.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, “Park Yasamal” yaşayış kompleksi barədə yayılan görüntülər tikinti işləri aparılan zaman çəkilib, hazırkı vəziyyəti əks etdirmir və “Kristal”ın işgüzar nüfuzuna zərbə vurub:

“Sosial şəbəkədə “Park Yasamal” yaşayış kompleksinin sakini Hüseynvənd Fərid Nadir oğlu tərəfindən paylaşılan video barəsində onu deyə bilərik ki, qərəzli şəkildə paylaşılıb, yalan və böhtan xarakteri daşıyır. Videoda göstərilən kadrlar tikinti və təmir işləri davam edən zaman çəkilib və hazırkı reallığı əks etdirmir.

Qərəzli yanaşmanın səbəbi ondan ibarətdir ki, hazırda “Park Yasamal” yaşayış kompleksində sakinlər üçün avtodayanacaqdan istifadə ilə bağlı ümumi qaydalar müəyyən edilib. Belə ki, avtodayanacaqdan istifadə üçün sakinlərə giriş kartları verilir və onlar boş olan istənilən yerdə maşın saxlama hüququna malik olur. Yalnız dayanacağa mülkiyyət hüququ olan sakinlər öz avtomobillərini ona aid yerdə saxlayır. Adıçəkilən sakin isə dayanacağa mülkiyyət hüququ olmadan bizdən bir neçə dəfə yeraltı dayanacaqda xüsusi yer tələb edib. Kompleksdə yaşayan sakinlərin bərabərlik hüququnun qorunması məqsədilə ona xüsusi yer ayrılmasından imtina edilib. Bu səbəbdən böhtan xarakterli video paylaşıb”.

Məlumata görə, videoda qeyd olunan böyükhəcmli yük maşınları və ərazi yaxınlığındakı beton zavod ilə bağlı olan deyilənlərin isə “Kristal”la heç bir əlaqəsi yoxdur, bizim şirkətə və layihəyə aid deyil:

“Burada və ətraf ərazidə yaşayan sakinlərin istirahəti üçün tərəfimizdən gölətrafı ərazidə bulvar inşa ediləcək. Bu məqsədlə gölün suyu və ətrafının mütəmadi olaraq təmizlənməsi tərəfimizdən təmin edilir. Başqa bir şirkətə aid beton zavodun faəliyyəti bu istiqamətdə aparılan işlərin irəliləməsinə maneə olduğuna görə həmin beton zavodun ərazidən çıxarılması üçün tərəfimizdən müvafiq qurumlara müraciət edilib.

Seçilən
3
14
publika.az

10Mənbələr