AZ

Papa Qareginlə görüşdü, “ermənilərin taleyini” müzakirə etdi

Papa XIV Leo Vatikanda bütün ermənilərin katolikosu II Qaregini qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə “Vatikan Nyus” məlumat yayıb.
Məlumata görə, II Qaregin ilk dəfə Papa XIV Leo ilə görüşüb.
“Görüş qardaşlıq və mehribanlıq şəraitində keçdi. Görüş zamanı müxtəlif kilsə məsələləri müzakirə edildi, erməni patriarxı Qarabağ ermənilərinin taleyini xüsusi vurğuladı”, - Eçmiadzin Erməni Apostol Kilsəsinin müqəddəs taxt-tacdakı nümayəndəsi arxiyepiskop Xacaq Barsamyan bildirib.

Erməni patriarx Roma Papasını Ermənistana səfərə dəvət edib və hər ikisi sülhün zəruriliyini təsdiqləyib.
Seçilən
5
2
sherg.az

3Mənbələr