AZ

Ölkəmizdə avtomobil və dəmir yolu tuneli olmayıb, məlumat bazasının yaradılması strateji əhəmiyyətlidir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son zamanlar inşa edilən avtmobil və dəmiryolları Azərbaycan nəqliyyat tarixində ilk hesab edilə bilər. Eyni zamanda gələcək nəsillər üçün təcrübədir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 70 km-ə yaxın avtomobil və dəmir yolu tuneli inşa edilib. Ekspertin sözlərinə görə, bu tunellərin tikintisi NATM (New Austrian Tunneling Method) üsulu ilə həyata keçirilib. Rauf Ağamirzəyev vurğulayıb ki, bu üsulda qazma və partlatma işləri, püskürtmə beton, izolasiya və kəmər beton, drenaj və havalandırma sistemləri, mərhələli işıqlandırma, tunellərarası keçidlər və qəza saxlanc yerləri yer alır. Ekspert bildirib ki, bu mərhələlər təkcə texniki deyil, eyni zamanda təhlükəsizlik baxımından həyati əhəmiyyətə malikdir.

Rauf Ağamirzəyev

Rauf Ağamirzəyev qeyd edib ki, bu günə qədər ölkəmizdə avtomobil və dəmir yolu tuneli olmayıb. Ekspertin fikrincə, elə bu səbəbdən də, məlumat bazasının yaradılması strateji əhəmiyyətə malikdir.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Dəmir Yolları - ADY və Bakı Metropoliteni QSC bu mövzuya xüsusi diqqət ayırmalıdır. Bununla yanaşı, məlumat xarakterli materialların hazırlanması da nəzərə alınmalıdır”-deyə Rauf Ağamirzəyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr