AZ

Kirli şəhərin sağlamlıq üçün təhlükəli səsi... Gecə klubundakı səs təbiətdəki səsdən 11 dəfə yüksək olur

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün böyük şəhərlərdə ən böyük problemlərdən biri səs-küy kirliliyidir. Səs-küy kirliliyi nəqliyyat vasitələri hesabına yaranır. Avtobus, qatar, minik avtomobilləri və siqnal səsləri, təkər səsləri, mühərrik səsləri şəhərimizi işğal edib. Səs-küy kirliliyi, insan sağlamlığı üçün böyük təhlükədir. Elə bu kirlilik də insanların əsəbləri pozur. Bununla bağlı hələ 2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir hesabat hazırlamışdı. Hesabatda qeyd edilirdi ki, avtomobil, qatar, təyyarə, sənaye və tikinti səs-küyünün yaratdığı kirlilik insanın ömrünü azaldır, həyat keyfiyyətini aşağı salır. Bütün gün avtomobil mühərriklərinin səsini və ya tikinti səsini eşidən insan necə sağlam ola bilər ki?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şəhərlərdə səs-küy kirlənməsinə çox rast gəlinir, çünki şəhərlərdə səs-küy kirliliyini yaradan mənbələr çoxdur. Ekspert qeyd edib ki, səs-küy kirlənməsi təbii səslərdən; yağış, külək və s. fərqli olaraq antropogen amillərin yaratdığı kirlilikdir və bu da insanın psxoloji, fiziki vəziyyətinə böyük təsir edir.

Rauf Ağamirzəyev

“Şəhərlərdə səs-küy kirliliyinə səbəb olan amillər çoxdur. Bura nəqliyyat, avtomobil, dəmir yolu, aviasiya, sənaye müəssisələri, tikinti və təmir işləri, məişət mənbələri - siqnallar, məişət texnikası, musiqi və s. daxildir”-deyə ekspert bildirib.

Rauf Ağamirzəyev vurğulayıb ki, icazə verilən səs-küy həddləri var: “Gündüz saatlarında səhər saat 7-dən axşam 11-ə qədər 55 dBA-dan çox səs-küy həddinə iazə verilmir. Axşamlar yəni gecə 11-dən sonra səhər 7-yə qədər bu hədd 45 dBA-dan yuxarı olmamalıdır. Gecə (23:00–07:00) 45 dBA-dan yuxarı olmamalıdır. Gecə klublarında səs-küy 110 dBA, yollarda pik saatlarda olan səs-küy 80dBA olur. Təyyarə mühərrikinin səsi isə 130 dBA-dır. Meşədə quşların səsi isə 10 dBA-ya qədər olur. Yəni bir gecə klubundakı səs təbiət qoynundakı səsdən 11 dəfə yüksək olur. Bu da təbii ki, insanın psixoloji təsir edə bilər”.

Ekspert vurğulayıb ki, səs-küy kirliliyi ürək-damar xəstəliklərinə və yuxu pozuntusuna, uşaqlarda idrak problemlərinə səbəb olmaqla yanaşı, eşitmə duyğusuna da mənfi təsir edə bilər: “Eyni zamanda səs-küy kirliliyi sinir sistemi pozğunluqları - əsəbilik, stress və depressiyaya da səbəb olur. Sakitlik sağlam və uzun yaşamağın əsas şərtlərindəndir. Bu səbəbdən də çalışmaq lazımdır ki, mənzillərinizi təmir edərkən səsi uda bilən materiallardan istifadə edəsiniz”

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
bizimyol.info

1Mənbələr