AZ

II Qaregin Roma Papası ilə görüşdü, köhnə palan içini sökdü  

Roma Papası XIV Leo çərşənbə axşamı səhər bütün ermənilərin katolikosu II Qaregini qəbul edib.

Musavat.com bildirir ki, bu barədə Vatikan xəbərləri xəbər yayıb. Bildirilir ki, katolikos Qaregin iyirmi beş il əvvəl seçiləndən bəri Müqəddəs İohann Pavel II, XVI Benedikt və Frensis ilə görüşüb. “Görüş qardaşlıq və mehribanlıq şəraitində keçdi, bu görüş zamanı müxtəlif kilsə məsələləri müzakirə edildi və erməni patriarxı Artsax ermənilərinin taleyini xüsusi qeyd etdi”, - Eçmiədzin Erməni Apostol Kilsəsinin Müqəddəs Taxt-tacdakı nümayəndəsi arxiyepiskop Xazhak Barsamyan Vatikan xəbərlərinə telefonla müsahibəsində deyib.

Məlumata görə, Patriarx Papanı Ermənistana səfərə dəvət edib.

İstisna deyil ki, Qaregin Papadan onu Paşinyanın əlindən almağı xahiş edib. Görüşdə yenə də “köhnə palan içini sökərək”, Qarabağ erməniləri ilə bağlı müzakirələrə cəhd eləməsi katalikosun gerçək mahiyyətini göstərir.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr