AZ

Bank of Baku istiqrazlarını ALIN, illik 13% GƏLİR QAZANIN, İSTƏDİYİNİZ VAXT SATIN.

(®) İndi Bank of Baku istiqrazlarını əldə edərək illik 13% gəlir qazanmaq və istənilən vaxt geri satmaq mümkündür.

40 milyon manatlıq istiqraz emissiyasını həyata keçirən Bank of Baku-nun bu layihəsi ilə bağlı daha bir mühüm addım atıldı. 16 sentyabr tarixində “Bakı Fond Birjası” və “ABB-İnvest İnvestisiya Şirkəti” arasında imzalanmış müqaviləyə əsasən, “ABB İnvest” Bank of Baku-nun istiqrazları üzrə rəsmi market meyker kimi fəaliyyətə başladı. Beləliklə, şirkət sözügedən istiqrazlar üzrə livkidliyin əsas təminatçısına çevrildi.

Belə ki, alıcılar əldə etdikləri istiqrazları tədavül müddətinin sonunu gözləmədən istənilən vaxt market meykərə, yəni “ABB-İnvest”ə sata biləcəklər. Bu isə Bank of Baku istiqrazlarını daha sərfəli və çevik investisiya fürsətinə çevirir.

Xatırlatmaq istərdik ki, Bank of Baku istiqrazlarına abunə yazılışının son tarixi 19 sentyabrdır. İstiqrazların əsas şərtləri isə aşağıdakı kimidir.

Nominal dəyər: 100 AZN

Faiz dərəcəsi: 13% (ilk 20 milyon tranş üzrə)

Faiz ödənişi: hər 90 gündən bir

Müddət: 18 ay

Valyuta: AZN

Əlavə xərcsiz – heç bir komissiya ödənişi olmadan

Fiziki şəxslər üçün vergidən azad faiz gəliri

Bank of Baku istiqrazlarını “ABB Mobile” tətbiqi üzərindən rahatlıqla əldə etmək mümkündür. 

“Bank of Baku”nun məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, “Bank of Baku”nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.

 

Seçilən
26
3
marja.az

8Mənbələr