AZ

“Formula 1” günlərində metronun iş rejimində dəyişiklik ediləcək

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Veteninfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-ə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Rahat və təhlükəsiz səfərlər üçün metropolitendən düzgün istifadə qaydalarına riayət etməyi unutmayaq”,- əlavə edilib.

Seçilən
0
12
veteninfo.az

10Mənbələr