AZ

“KazMunayGas” Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft ixracını bərpa edib

Qazaxıstanın “KazMunayGas” (KMG) şirkəti Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə neft ixracını yenidən başlayıb.

Şirkətdən Marja-ya verilən məlumata görə, sentyabrın 13-də Aktau limanından BTC marşrutu ilə 8,8 min ton Kaşağan nefti yola salınıb.

Növbəti nəqlin sentyabrın 20-də həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, bu marşrut üzrə nəql avqust ayında müvəqqəti olaraq dayandırılmışdı.

Cari ilin ilk səkkiz ayında Qazaxıstan neftinin BTC istiqamətində nəqli 0,9 milyon ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə KMG ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranziti üzrə saziş imzalanıb. 2024-cü ildə isə tərəflər ölkə ərazisindən keçən neft tranzitinin mərhələlərlə artırılmasına dair yeni razılaşma əldə ediblər.

Seçilən
18
marja.az

1Mənbələr