AZ

AP nin Kiyevdə nümayəndəliyi açılıb

ain.az, Azvision portalına istinadən məlumat verir.

Bu barədə Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Ukrayna Ali Radasında çıxışı əsnasında məlumat verib. O vurğulayıb ki, bu addım nəticəsində Ukrayna ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığı daha da gücləndirəcək. "Nümayəndəlik paytaxtda gündəlik fəaliyyət göstərəcək. Bu sizə qarşı öhdəliyimiz idi. Beləliklə, yerinə yetirdik", – xanım sədr söyləyib. Roberta Metsola həmçinin diqqətə çatdırıb ki, Aİ yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiya paketini irəli sürəcək. Onun sözlərinə görə, sanksiyaların hədəfi Rusiya neft və qazının satışına növbəti dəfə qadağa qoymaq, habelə "kölgə donanması" ilə gücləndirilmiş mübarizə aparmaqdır. Xatırladaq ki, Roberta Metsola bu gün Ukraynaya səfərə gedib. O, səfər çərçivəsində Prezident Volodimir Zelenski və digər bir sıra hökumət nümayəndəsi ilə görüşlər keçirəcək. Xanım sədr Kiyevə axırıncı dəfə 2024-cü ilin mayında yollanmışdı. Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
azvision.az

3Mənbələr