AZ

Nazir: Azərbaycanda müdafiə sənayesində vacib addımlar atmışıq

Bakıdakı TEKNOFEST-ə qatılan azərbaycanlı gənclərin bir qismi Türkiyə ilə ortaq layihələrdə iştirak ediblər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır səsləndirib.

Nazirin sözlərinə görə, Azərbaycandan olan gənclər öz texnoloji startaplarını yaradırlar: “İstəyimiz budur ki, “bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycanın texnoloji müstəqilliyə gedən yolda çiyin-çiyinə irəliləməsidir”.

Nazir iki ölkə arasında davam edən layihələrdən də söz açıb: “Azərbaycanda müdafiə sənayesində vacib addımlar atmışıq. Yeni texnoparklarımız qurulur. Uşaqların qatılacağı elm mərkəzləri layihəmiz var. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinin gələcəkdə daha da güclü olacağının nişanəsidir”.

Dəryanur Cəfərova

Seçilən
26
3
apa.az

4Mənbələr