“Qarabağ”ın futbolçuları Leandro Andrade və Kamilo Duran Çempionlar Liqasının ilk turunda “Benfika” üzərində qazandıqları sensasion qələbədən danışıblar.
Publika.az xəbər verir ki, futbolçuların sözlərini UEFA-nın mətbuat xidməti yayıb.
Duran, "Bu qələbəyə çox sevindik. Bunun asan olmayacağını bilirdik, amma komanda həqiqətən çox çalışdı və üç xal aldı. Nə yaxşı ki, 0:2 hesablı məğlubiyyətdən sonra inamımızı itirmədik və təslim olmadıq" deyib.
Andrade də nəyin bahasına olursa-olsun qələbəyə inandıqlarını qeyd edib:
"Matçın başlanğıcı çox çətin oldu, lakin biz oyunu çevirmək qabiliyyətimizə inamımızı heç vaxt itirmədik. Bunun həyəcanlı bir təcrübə olacağını bilirdik və günün sonu gözləniləndən də yaxşı oldu".