AZ

AP-nin Kiyevdə nümayəndəliyi açılıb

Bu barədə Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Ukrayna Ali Radasında çıxışı əsnasındaməlumatverib. O vurğulayıb ki, bu addım nəticəsində Ukrayna ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığı daha da gücləndirəcək.

"Nümayəndəlik paytaxtda gündəlik fəaliyyət göstərəcək. Bu sizə qarşı öhdəliyimiz idi. Beləliklə, yerinə yetirdik",– xanım sədr söyləyib.

Roberta Metsola həmçinin diqqətə çatdırıb ki, Aİ yaxın vaxtlardaRusiyaya qarşı 19-cu sanksiya paketiniirəli sürəcək. Onun sözlərinə görə, sanksiyaların hədəfi Rusiya neft və qazının satışına növbəti dəfə qadağa qoymaq, habelə "kölgə donanması" ilə gücləndirilmiş mübarizəaparmaqdır.

Xatırladaq ki, Roberta Metsola bu gün Ukraynaya səfərə gedib. O, səfər çərçivəsində Prezident Volodimir Zelenski və digər bir sıra hökumət nümayəndəsi ilə görüşlər keçirəcək. Xanım sədr Kiyevə axırıncı dəfə 2024-cü ilin mayında yollanmışdı.

Firudin Həmidli
AzVision.az
Seçilən
6
2
azvision.az

3Mənbələr