AZ

Polşada meşədə daha bir dron tapılıb

Polşanın Lüblin voyevodalığının Stanislavka kəndində daha bir pilotsuz təyyarə aşkar edilib.

Qaziler.az xəbər verir ki, “RMF 24” radiostansiyasının məlumatına görə pilotsuz uçan aparat əsasən polistirol köpükdən hazırlanıb və ötən həftə ölkədə aşkar edilənlərə bənzəyir.

Radiostansiyanın məlumatına görə, pilotsuz təyyarə meşədə qəzaya uğrayıb və ağaclarda asılı vəziyyətdə qalıb.

"Biz ərazini mühasirəyə aldıq və müvafiq orqanlara və Lüblin rayon prokurorluğuna məlumat verdik", - deyə regional polis açıqlamasında qeyd edib.

Sentyabrın 9-dan 10-na keçən gecə 20-dən çox pilotsuz təyyarə Polşanın hava məkanını pozub. Onlardan bir neçəsi vuruldu. Pilotsuz təyyarələrin bəziləri Lüblin voyevodalığında qəzaya uğrayıb. Prokurorluq söügedən məsələdə ilə bağlı araşdırma aparır.

QAZİLER.AZ

Seçilən
24
qaziler.az

1Mənbələr