AZ

ELTE Universitetində Azərbaycan dili fənninin tədrisinə başlanılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Budapeşt, 17 sentyabr, AZƏRTAC

Macarıstanın ən qədim ali təhsil ocaqlarından biri olan ELTE Universitetində (Eötvös Loránd universiteti) Azərbaycan dili fənni üzrə ilk dərs keçirilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanda ali təhsil müəssisəsində Azərbaycan dili ilk dəfədir tədris olunur.

Azərbaycan Dillər Universiteti və ELTE Universiteti arasında imzalanmış əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə baş tutan dərs Azərbaycan dili müəllimi Fərqanə Bayramlı tərəfindən keçirilib.

Bildirmək istərdim ki, macar tələbələr Azərbaycan dilinə, tarixinə və zəngin mədəniyyətinə böyük maraq göstəriblər. Onlar dilimizi öyrənmək istəklərini, həmçinin Azərbaycan mədəniyyətini yaxından tanımaq arzusunu xüsusi vurğulayıblar.

Bu mühüm hadisə yalnız iki ölkə arasındakı təhsil və mədəniyyət əlaqələrinin güclənməsi deyil, eyni zamanda, xalqlarımız arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
3
azertag.az

4Mənbələr