Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.
Axar.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.
Bildirilib ki, Kalın səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşəcək.
Görüş zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək.