AZ

Kadırov Çeçenistandakı sərt idarəetmə tərzindən danışıb

Çeçenistan lideri Ramzan Kadırov RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, regionda çətin dövrdə lazım olanda sərt idarəetmə üslubuna sadiq qalıb. İndi respublikada terrorizm üzərində qələbədən sonra sistemin saat mexanizmi kimi işlədiyi bir vaxtda bəzi kənar adamlara sərt görünə biləcək tədbirlər görməyə ehtiyac görmür.

Herbiand.az bildirir ki, agentliyin “sərt idarəetmə tərzinin nə ilə əlaqəli olması” ilə bağlı sualını cavablandıran Kadırov izah edib ki, “sərt olmaq lazım olanda mən belə idim”.

“Ancaq indi sistem yaradılanda, terrorizmi tamamilə məğlub etdiyimiz, dinc həyat qurduğumuz, onu inkişaf etdirmək və gələcək üçün planlar qurmaqla məşğul olduğumuz bir vaxtda, əvvəllər məni həddindən artıq sərtlikdə günahlandıran bəzi Qərb kuklaları indi xəstə olduğum və görüşlər keçirmədiyim barədə şayiələr yayırlar. Əslində, bu gün sistemimiz saat kimi işləyir və mənə elə gəlir ki, nələrisə dəyişmək və ya tədbirlər görməyə ehtiyac duymuram, hansı ki, kimlərsə tərəfdən bu qıraqdan sərt kimi görünəcək”, - Çeçenistan rəhbəri qeyd edib.

Kadırov qeyd edib ki, bəli, terrora da, vəzifə borcunu yerinə yetirə bilməyən, sadə vətəndaşların ümidlərini doğrulda bilməyənlərə də sərt və prinsipial yanaşıb: “Bundan da utanmıram. O vaxt bu, lazım idi. İndi yox. Hər məmur öz yerindədir. Birinci prezidentimiz deyib ki, güclü və cəsur insan heç vaxt iradəsiz olmur”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
68
herbiand.az

1Mənbələr