AZ

"Lənkəran"da iranlı basketbolçu

"Lənkəran" heyətinə yeni basketbolçu qatıb.

İdman.biz xəbər verir ki, cənub təmsilçisi iranlı Ehsan Şabani ilə heyətini gücləndirib.

200 sm boya malik basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

22 yaşlı Şabaninin son klubu "Naxçıvan" olub. O, eyni zamanda "Gəncə" və "Sumqayıt" klublarının da şərəfini qoruyub.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.

İdman.biz

Seçilən
42
4
idman.biz

6Mənbələr