AZ

Şərik ola biləcək BÜRCLƏR AÇIQLANDI

Bəzən istər biznes, istərsə də şəxsi münasibətlərdə iki insan bir-birini tamamlayır və birgə mühüm qərarlar verə bilirlər. Bu sahədə də bürclərin uyğunluğu var. Elə bürcdən olan insanlar var ki, onların şərik olması məqsədəuyğundur.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, ən yaxşı şərik ola biləcək bürcləri təqdim edir:

Qoç - Şir Marqarita pizza

Hər ikisi enerjili, lider ruhludur. Onlarda birlikdə motivasiya yüksəlir, risk almağa və yeni ideyalara açıqdırlar. Daha çox startaplar, yaradıcı layihələrlə bağlı ortaqlıq ola bilər.

Buğa - Oğlaq

Bunlar bir-birinə uyğun torpaq ünsürlü bürclərdir. Praktik, səbirli və planlıdırlar. Daha çox maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı.sahələrində şərik ola bilərlər.

Əkizlər - Tərəzi

Bunların uyğunluğu hava ünsürlü olmasıdır. Əla ünsiyyət bacarığına malikdirlər, yenilikçidirlər. Daha çox media, texnologiya, marketinq sahəsində ortaqlıq mövcud ola bilər.

Xərçəng - Balıq

Emosional zəkaları yüksəkdir. Bir-birlərini yaxşı anlayırlar, hisslərə və intuisiya əsaslanırlar.

Daha çox psixologiya, uşaq və ailə ilə bağlı işlərdə biznes qura bilərlər.

Şir - Qoç

Şir liderliyi sevir, Qoç motivasiya verir. Birlikdə uğurlu və cazibədar komanda yarada bilirlər. Əyləncə, ictimaiyyətlə əlaqələr sahəsində uğurlu şəriklik mövcud ola bilər.

Qız - Buğa

Dəqiqliyə, təfərrüata önəm verirlər. Əla plan qurur, riskləri analiz edirlər.

Tibb, hüquq, idarəetmə, təhlil sahələrində uğurlu ortaqlıq qura bilərlər.

Əqrəb - Xərçəng

Güclü intuisiya və emosional bağlılıqla bir-birinə dəstək verirlər. Dərin və məqsədyönlü olurlar. Tədqiqat, psixologiya sahələrində, eyni zamanda strateji planlaşdırmada ortaq ola bilərlər./BAKU.WS


Telegram kanalımız
Seçilən
15
2
yenisabah.az

3Mənbələr