AZ

Babək Şahbazi edam edildi - FOTO

İran Mossad-da işlədiyi üçün Babək Şahbazini edam edib.

İranda İsrailin xarici kəşfiyyat agentliyi olan Mossad-da işlədiyi üçün edam cəzasına məhkum edilən şəxs edam edilib.

İranın rəsmi xəbər agentliyi İRNA xəbər verib ki, "Sionist rejimlə kəşfiyyat, casusluq və təhlükəsizlik məsələlərində əməkdaşlıq edən və bu rejimə bağlı şəxslərlə məlumat mübadiləsi aparan Mossad casusu Babək Şahbazi bu gün səhər Ali Məhkəmənin hökmü qüvvədə saxladıqdan sonra edam edilib".

Bildirilib ki, telekommunikasiya, hərbi və təhlükəsizlik qurumlarına bağlı şirkətlərdə sənaye soyutma avadanlığının layihələndirilməsi və yığılması ilə məşğul olan Şahbazi İsmayıl Fikri adlı Mossad agenti ilə görüşüb və daha sonra yüksək rütbəli dövlət məmurlarının yeri və hərəkətləri ilə bağlı məlumatları satmağı təklif edib. O, özü və ailəsi üçün ABŞ-da daimi yaşamaq və 120 milyon dollar pul və ya kriptovalyuta tələb edib./Milli.az/

Seçilən
16
1
musavat.com

2Mənbələr