AZ

15 yaşlı qız uşağına timsah hücum etdi və...

Hindistanın Racastan əyalətində timsahın hücumuna məruz qalan və çaya sürüklədiyi 15 yaşlı qız uşağının boğularaq həyatını itirdiyi məlumolub

Sherg.az xəbər verir ki, Hindistanın NDTV kanalının xəbərinə görə, Racastandakı Baran bölgəsində polis 15 yaşlı qız uşağının kəndinin yaxınlığındakı çaydan su götürdüyü zaman timsahın hücumuna məruz qaldığını açıqlayıb.

Polis, vəziyyəti görən kəndlilərin timsahın çaya sürüklədiyi uşağı qayıqlarla açılaraq xilas etməyə çalışdığını deyib.

Timsahın bir müddət sonra buraxdığı uşağın dərin çayda yoxa çıxdığı, daha sonra isə meyitin tapıldığı açıqlanıb. Ekspertiza hesabatına görə, uşağın boğularaq həyatını itirdiyi qeyd olunub.
Seçilən
21
1
sherg.az

2Mənbələr