AZ

İldırım Məsimoğlunun Haputlar – Haputər kitabı çapdan çıxıb

Bu günlərdə yazıçı-publisist İldırım Məsimoğlunun Haputlar – Haputər (tarixi, folkloru, olmuş əhvalatlar) kitabı çapdan çıxıb.

Kitabın redaktoru Tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva, ön söz müəllifi isə AMEA-nın Antropologiya, Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində olan Antropologiya Mərkəzinin rəhbəri, antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədlidir.

Qeyd edək ki, haputlar tarixən Azərbaycanın müxtəlif bölgələrində məskən salmış və hal-hazırda Quba, İsmayıllı, Qəbələ, Ağdaş rayonlarında bir neçə kəndlərin əsasını qoymuşlar. Bu kəndlərin çoxunun sakinləri öz etnik mənsubiyyətlərini hapıt kimi müəyyən edirlər.

Bu cür kitabların yazılması və nəşr edilməsi Azərbaycan xalqının qədim tarixi, zəngin və rəngarəng mədəniyyəti haqqında məlumatların nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş yayılmasına xidmət edə bilər.


Xəbər 6 dəfə oxunub.
Seçilən
29
xezernews.az

1Mənbələr