AZ

Puqaçovaya görə Kremldə ara qarışdı: əmlakı əlindən alına bilər

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyada Alla Puqaçovadan Xalq artisti titulunun alınmasınən təklif edilməsi müzakirə obyekti olub. Səbəb kimi ifaçının jurnalist Katerina Qordeyevaya verdiyi açıqsözlü müsahibədir. Onun səsləndirdiyi tənqidi fikirlər Kremldə narahatlıq və qəzəb doğurub.

Bu gərginlik fonunda Puqaçovanın “Xalq artisti” titulu həqiqətən də əlindən alına bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bunun mümkün olduğunu deyib.

“Nəzərə almaq lazımdır ki, Alla Puqaçova təkcə Rusiyanın deyil, həm də SSRİ-nin Xalq artistidir. Bu titulu heç kim onun əlindən ala bilməz, çünki artıq SSRİ mövcud deyil. Hüquqi baxımdan mümkün olsa da, bunun baş verəcəyinə inanmıram. Ümumiyyətlə, belə fəxri adlar sovet dövrünün ənənəsidir.  Dünyanın heç bir inkişaf etmiş, demokratik ölkələrində yoxdur. Alla Puqaçova nəinki Rusiyada, həmçinin bütün keçmiş SSRİ məkanında tanınmış bir sənətkardır. O, sadəcə müğənni yox, həm də ictimai fiqurdur. İfaçının Xalq artisti titulunu ləğv etməklə sanki bu statusu ləğv etmək istəyirlər. Amma o, xalqın gözündə yenə də Xalq artisti olaraq qalacaq”.

Əkrəm Həsənov

Ekspert bildirib ki, müğənninin əmlakı əlindən alına bilər:

“Rusiyada onun mülkiyyətinə əl qoyulması gözlənilən haldır. Düşünürəm ki, bir ölkədə söz azadlığının göstəricisi incəsənət və mədəniyyət xadimlərinin sərbəst fikir ifadə edə bilməsidir. Məsələn, ABŞ-da, Avropa ölkələrində yeni nəsil müğənni və aktyorların öz siyasi mövqeyi olur. Hətta bəziləri açıq şəkildə müxalifət mövqeyi sərgiləyir. Amma keçmiş SSRİ ölkələrində bu səviyyə yoxdur. Bizdə də bəzi mədəniyyət xadimləri çox vaxt ya fikirlərini gizlədir, ya da yaltaqlıqla məşğul olurlar. Alla Puqaçova artıq ölkəni tərk etdiyi üçün sözlərini rahatlıqla deyə bilir. Yəqin ki, Rusiyada yaşasaydı, belə olmazdı”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr