AZ

Kişilərdə sonsuzluğuna səbəb olan idman növləri

Velosiped sürmək kişilərdə sonsuzluğa səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya androloq Yelena Novikova deyib. Onun sözlərinə görə, bu cür fəaliyyətlər çanaq nahiyəsinə daimi təzyiq göstərir ki, bu da öz növbəsində qan dövranı problemlərinə səbəb olur və məhsuldarlığa mənfi təsir göstərir.

Ağır atletikadan zövq alan kişilər də risk altındadır. Mütəxəssis qeyd edib ki, ağır çəkilər və rekordların arxasınca getmək çox vaxt anabolik steroidlər və aqressiv idman qidası ilə birlikdə gedir və bu, kişilərin məhsuldarlığına ciddi təsir göstərə bilir.

Novikova üzgüçülük, yoqa, qaçış, gəzinti və dartınma məşqlərinı faydalı fəaliyyətlər kimi göstərib. O, qeyd etdi ki, bu təcrübələr qan dövranını yaxşılaşdırır, stress səviyyəsini azaldır və ümumilikdə nəinki formada qalmağa, həm də reproduktiv sağlamlığın qayğısına qalmağa kömək edir.

QAZİLER.AZ

Seçilən
24
qaziler.az

1Mənbələr