AZ

"Səsimi eşidəndə utanıb "yerə girdim""

Tanınmış rejissor-aktyor Aqil M.Quliyev açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, səs tembri ilə seçilən kino adamı bunu kəşf etməsinin tarixçəsini yada salıb.

"İlk dəfə səsimi kənardan eşidəndə tanımamışam. Nəinki tanımaq, utandım yerə girdim. İndi telefon-texnika var, o vaxt yox idi. Öz səsini haradan eşidə bilərdin? Məktəbi 1989-cu ildə bitirmişdim. O zamanda imkan yox idi.

Hansısa verilişi çəkirdik. Kadr arxasından səsim gəlirdi. Öz səsimi eşidəndə bir tər basdı ki, məni... Biz daxildən səsimizi başqa cür eşidirik, kənardan isə ayrı cür eşidilir. Bunu fərq etdikdən sonra səsimin üzərində işləməyə başladım. Ancaq ilk dəfə sözün əsl mənasında şok yaşamışdım".

Musa
Milli.Az

Seçilən
35
1
milli.az

2Mənbələr