AZ

Qırğızıstan və Rusiya arasında məsləhətləşmələr keçirildi

BAKI, 17 sentyabr. TELEQRAF

Qırğızıstan Xarici İşlər Nazirliyində beynəlxalq hüquqi məsələlər üzrə Qırğızıstan-Rusiya məsləhətləşmələri keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məsləhətləşmələr iki ölkənin Xarici İşlər nazirliklərinin 2025-2027-ci illər üçün əməkdaşlıq proqramına uyğun olaraq baş tutub.

Tərəflər qarşılıqlı maraq doğuran geniş spektrli beynəlxalq hüquqi məsələləri müzakirə edib, çoxtərəfli təşkilatlar çərçivəsində işi koordinasiya etmək barədə razılığa gəliblər, həmçinin beynəlxalq müqavilələrlə bağlı Qırğızıstan və Rusiya qanunvericiliyinin cari vəziyyəti barədə məlumat mübadiləsi aparıblar.

Seçilən
31
teleqraf.com

1Mənbələr