AZ

13 yaşlı oğlanı zorlayan şəxsin məhkəməsi gedir: Narkotik də verib

ABŞ məhkəməsi 13 yaşlı uşağa narkotik verərək onunla cinsi əlaqədə olan 36 yaşlı Kristal Lopezin işinə baxır.

Publika.az xəbər verir ki, bu barədə "Tricityrecordnm.com" məlumat yayıb.

Bildirilir ki, 13 yaşlı oğlan verdiyi müsahibə zamanı tükürpədici iddialar irəli sürüb. Belə ki, Lopezin onunla yataqda birlikdə narkotik maddə istifadə etdiyini və bir neçə dəfə cinsi əlaqədə olduqlarını qeyd edib. Polis yeniyetmənin telefonunda axtarış apararkən Lopezin "Snapchat" vasitəsilə göndərilən çılpaq fotolarının tapdıldığını bildirib.

Dindirmə zamanı Lopez əvvəlcə yeniyetmənin ona qarşı zorakılıq etdiyini iddia etsə də, sonradan oğlanı cinsi əlaqəyə vadar etdiyini etiraf edib.

Seçilən
16
publika.az

1Mənbələr