AZ

Fələstinin yanında dayanmağa davam edəcəyik - Ərdoğan

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün 2 milyardlıq İslam aləminin ortaq davası, yaddaşı və irsi olduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu barədə Ankarada Xarici İşlər Nazirliyinin yeni kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

“Biz müsəlmanlar olaraq Şərqi Qüdsdəki hüquqlarımızdan bir addım belə geri çəkilməyəcəyik. Hitler sevdalısı olanların qisas ağrısı heç vaxt keçməyəcək”- deyə o qeyd edib.

Ərdoğan beynəlxalq vəziyyətin getdikcə daha qeyri-sabit olduğunu, Türkiyənin isə sabitliyi qorumaq və sülhü təmin etmək üçün həm yumşaq, həm də sərt gücündən istifadə etdiyini vurğulayıb.

O, həmçinin İsrailin hücumlarına da toxunub.

“Qəzzadakı insanların yanında dayanmağımıza heç kim mane ola bilməz. Barbarcasına hərəkət edənlər tökdükləri qanda boğulacaq”- deyə Ərdoğan vurğulayıb.

Seçilən
15
turkic.world

1Mənbələr