AZ

AFFA bu adamı təcili millinin başına gətirməlidir - TƏHLÜKƏ VAR

"Neftçi" və milli komandanın xəmiri eyni yoğrulub, deyəsən.

Hər iki ünvanda baş məşqçi postu boşalan kimi Türkiyədən kiminsə adı hallanır.

Özü də elə təbliğat gedir ki, sanki məsələ bitib, qardaş ölkədən olan mütəxəssis Bakıda imza atmağa hazırlaşır.

"Ağ qaralar"ın adı Sərgən Yalçın və Abdulla Avcı ilə az çəkilməyib.

Amma heç bir halda bu təyinatlar baş tutmayıb.

İndi də yığmanın adı ətrafında Fatih Terim propaqandası aparılır.

Məlum məsələdir ki, təşviqat kampaniyasına elə Türkiyədə düymə basılıb.

Yerli mətbuat da bunun izi ilə gedir.

Axı medianın gücü az deyil.

Zaman-zaman dövrüyəyə bu cür buraxılan adlar sonda xoş sonluqla bitib.

AFFA rəhbərliyi ayıq-sayıq olmalı, əsla bu cür çağırışları ciddi qəbul etməli deyil.

Bəli, Terim sıradan ad deyil.

Məşqçi kimi Türkiyədə öz möhürünü vurmuş biridir.

Amma bu gün sıradan sıradan baş məşqçi olduğu sirr deyil.

Təyinatı növbəti səhv addım olar.

Daha bir neçə ilin itirilməsinə gətirib çıxaracaq.

Ümumiyyətlə, federasiya əcnəbi mütəxəssis barədə qəti düşünməsə yaxşıdır.

Aydın həqiqətdir ki, hazırkı dönəmdə yığma yerli baş məşqçiyə tapşırılmalıdır.

Normal futbolçu resurslarımız yoxdur.

Ciddi nəticə qazanmaq perspektivləri çox uzaqdadır.

Yalnız yaxşı motivasiya vermək, daxili ab-havanı düzəltməklə mübariz komanda yarada, bəzən sürprizlər edə bilərik.

Ayxan Abbasov 1 günlük fəaliyyəti ilə də bunu əyani göstərmiş oldu.

Elə yerli mütəxəssislərlə bağlı geniş çapda axtarışlar da vaxt itkisidir.

Abasovun özü hazırda ölkənin bir nömrəli komandası üçün ən uyğun variantdır.

Günü bu gün anlaşma imzalanmalı, futbol ictimaiyyətinə təqdim olunmalıdır.

Ki, Terim söhbətlərini ortaya atan işbazlar da səsini kəsib, yerində otursun.

XANOĞLAN İMANOV

Seçilən
5
sportinfo.az

1Mənbələr