AZ

DİQQƏT! 100 min ildə baş verən hadisə gözlənilir

Massaçusets Amherst Universitetində fiziklərin apardığı yeni araşdırmaya görə, astronomların qarşıdakı onillikdə qara dəliyin partlamasına şahid olma şansı 90 faizdir.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, uzun illərdir belə hadisələrin olduqca nadir olduğu, müşahidə edilə bilən partlayışın təxminən hər 100.000 ildə bir dəfə baş verdiyi düşünülürdü.

Lakin yeni analiz göstərir ki, bu partlayışlar daha tez-tez baş verir və hər 10 ildə bir dəfə aşkar edilir.

Stiven Hokinqin 1974-cü ildə irəli sürdüyü nəzəriyyəyə görə, qara dəliklər təkcə maddəni udmur, həm də kvant effektləri səbəbindən “Hokinq radiasiyası” adlanan hissəciklər yayırlar. Bu proses qara dəliklərin kütləsini tədricən azaldır və nəticədə onların tam buxarlanmasına gətirib çıxarır. Son mərhələdə qara dəliklərin supernovaya bənzər bir partlayışla yox olacağı gözlənilir.

Seçilən
40
manset.az

1Mənbələr