Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 982 nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 35,7 faizini kişilər, 64,3 faizini isə qadınlar təşkil edib.