AZ

Bu ölkədə hər 4 dəqiqədə 1 maşın oğurlanır

Avropada avtomobil oğurluğu qeyri-adi hal deyil. Lakin Böyük Britaniyada vəziyyət daha ağırdır.

Avtosfer.az Qərb mediasına istinadla xəbər verir ki, Britaniyada hər 4 dəqiqədə 1 avtomobil oğurlanır. Son 5 ildə maşın oğurluğu 74 faiz artıb. 
Bununla belə, oğurluqarın cəmi 5 faizinin üstü açılır, işlərin cəmi 2 faizində təqsirləndirilənlər hakim qarşısına çıxarılır.
Oğurlanmış maşınlar qısa müddətdə sökülərək ehtiyah hissə kimi BƏƏ, Konqo və digər ölkələrə göndərilir. 
Burada gömrük nəzarətinin zəifliyi də rol oynayır. xaricə konteyner göndərərkən çox da ciddi yoxlama aparılmır.

Vüqar

Seçilən
53
1
avtosfer.az

2Mənbələr