AZ

Düzənsiz menstruasiya zamanı tibbi yardımın vacibliyi: həkim tövsiyələri

Düzənsiz menstruasiya dövrü qadınların ginekoloqa müraciət etmələrinin ən yayqın səbəblərindən biridir.

E-saglam.az xəbər verir ki, bu problem nadir hallarda təcrid olunmuş olur və tez-tez endokrin sistemindəki pozğunluqları əks etdirir, deyə qadın həkimi Reproduktiv Sağlamlıq Klinikasında mama-ginekoloq və ultrasəs mütəxəssisi Tatyana Kovzel Lenta.ru-ya açıqlamasında bildirib.

Həkim qeyd edib ki, hormonal disfunksiyanın bir neçə əsas səbəbi var. Ən çox stres, travmatik beyin zədələri, hipofiz şişləri və anoreksiya fonunda hipotalamik–hipofiz sisteminin disfunksiyası menstrual dövr pozğunluqlarına gətirib çıxara bilər. Stress zamanı prolaktin və kortizol səviyyəsi artır, bu da hipotalamus tərəfindən yumurtalıqları stimullaşdıran hormonların istehsalını basdırır və nəticədə dövr pozğunluqları yarana bilər.

Digər səbəblər arasında polikistik yumurtalıq sindromu, erkən menopoz, yumurtalıq kistləri və şişləri, həmçinin tiroid, böyrəküstü vəzilər və mədəaltı vəzi xəstəlikləri menstrual dövrə təsir göstərə bilər.

Kovzel vurğulayıb ki, menstruasiya başladıqdan sonrakı ilk 1–2 il ərzində dövrün düzənsiz olması normaldır. Həmçinin bəzi dərmanlar, xüsusilə antipsikotiklər və antidepressantlar (hiperprolaktinemiyaya səbəb olanlar) dövr pozğunluqlarına gətirib çıxara bilər. Bu hallarda psixoterapevtlə məsləhətləşmək və dozanı tənzimləmək tövsiyə olunur.

Həkim məsləhət görür ki, 7 gündən artıq gecikmə, menstrual dövrlər arasındakı intervalların çox dəyişməsi, çox ağır və ya az axıntı, qanaxma və ağrılı menstruasiya müşahidə olunarsa, dərhal həkimə müraciət edilsin.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr