AZ

Əlilliyi olan uşaqların yol xərcləri necə ödənilməlidir? Deputatdan AÇIQLAMA

ain.az bildirir, Gununsesi portalına istinadən.

Son vaxtlar uşaqlara sosial kartların verilməsi məsələsi gündəmə gəlir. Gənclərin yol xərclərinin kim tərəfindən ödənilməsi isə müzakirələrə səbəb olur.

Ekspertlər də deyir ki, belə kartlar uşaqların təhsil almağa marağını artırır və onlara motivasiya verir.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş və fiziki əlilliyi olan uşaqların sosial kartlarla təmin edilməsi vacibdir.

“Belə uşaqların ictimai nəqliyyatdan istifadəsi pulsuz olmalı və onlara xüsusi dəstək göstərilməlidir”-deyə deputat əlavə edib.

Fazil Mustafa bu ideyanı hər zaman dəstəklədiyini qeyd edərək əlavə edib ki, həssas kateqoriyaya aid uşaqların həyat imkanları başqalarından azdır və onlara qarşı sosial dəstəyin artırılması zəruridir.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
icma.az

1Mənbələr