AZ

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüş keçirib. Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Tibb kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, sakinlərin işlə təminat, maddi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Niyazi Bayramov qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.

Seçilən
12
1
unikal.az

10Mənbələr