AZ

Məktəblərdə YENİ DÖNƏM - Bütün şagirdlərə tətbiq olunacaq

Türkiyə Milli Təhsil Nazirliyi orta və yuxarı sinif şagirdləri üçün yeni proqram təqdim edir. Yeni proqram tələbələrin peşə yönümlərini müəyyən etməyə kömək edən peşə marağı və bacarıq inventarlarını əhatə edəcək.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Təhsil Nazirliyi (MEB) tərəfindən hazırlanan Peşə Maraqları və Peşə Bacarıqları İnventarları orta məktəb və lisey şagirdlərinin maraq və qabiliyyətlərinə uyğun olaraq düzgün təhsil və karyera seçimi etmələrinə imkan verəcək.

Nazirlikdən verilən məlumata görə, Peşə Maraqları və Peşə Bacarıqları İnventarları tələbələrin maraq, qabiliyyət və şəxsiyyət xüsusiyyətlərini tanıyaraq təhsil və peşə seçimlərində düzgün istiqamətləndirmələrini təmin etmək üçün hazırlanıb.

Proqram təminatı prosesləri tamamlanan inventarlar bu tədris ilindən orta və yuxarı sinif şagirdlərinə tətbiq olunacaq.

Seçilən
15
manset.az

1Mənbələr