AZ

DİQQƏT: Süni yetişdirilən qarpızı bu cür seçə bilərsiniz…

Sentyabr ayında piştaxtalarda satılan qarpızların sağlamlığa faydalı olub-olmaması ilə bağlı məsələ gündəmdədir. Bəs, bu ayda qarpız yemək tövsiyə olunurmu?

Qida məsələləri üzrə ekspert İlkin Şirinov KONKRET.az-a açıqlamasında bildirib ki, hər bir meyvə və tərəvəz öz mövsümündə istifadə edildikdə daha faydalıdır.

Şok

Onun sözlərinə görə, qarpız və yemişin əsas mövsümü iyul-avqust aylarıdır:

“Sentyabrda, hətta qış aylarında da satış mərkəzlərində qarpız, yemiş və üzüm kimi məhsullar görürük. Lakin bu məhsullar ya süni şəkildə yetişdirilir, ya da soyuducularda saxlanılır. Bu isə onların təbii faydasını aradan qaldırır” – deyə ekspert qeyd edib.

Şirinov əlavə edib ki, qarpızın yetişdirilməsində tez-tez azot gübrələrindən istifadə olunur. Bu maddələr müəyyən müddətdən sonra insan sağlamlığına mənfi təsir göstərir:

“Sentyabrda satılan qarpızların üzərində sarı ləkələrin olması onların süni şəkildə yetişdirildiyinə və ya uzun müddət saxlanıldığına işarədir. Belə məhsulların qəbulu allergik xəstəliklər, ishal, mədə-bağırsaq pozğunluğu və xüsusilə uşaqlarda ciddi fəsadlara səbəb olur”.

Ekspertin sözlərinə görə, sağlamlıq üçün risk yaratmamaq naminə qarpız və yemiş yalnız öz mövsümündə istehlak edilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
10
1
konkret.az

2Mənbələr