Xoşbəxt ailə həyatı qurmağın əsas qaydaları AÇIQLANDI
Amerikalı psixoloq Mark Trevers uğurlu ailə münasibətlərinin qurulması üçün yalnız sevginin əsas olmadığını açıqlayıb.
Demokrat.az xəbər ki, psixoloq bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib.
Mark Trevers vurğulayıb ki, ailə qurmazdan əvvəl hər bir cütlük iki vacib "evlilik dərsini" öyrənməlidir.
Treversin sözlərinə görə, ailə həyatında eniş-yoxuşları birlikdə keçmək üçün sadəcə sevgi kifayət etmir. Əksər boşanmalarda tərəflər "artıq sevmirik" və ya "bir-birimizə uyğun deyilik" kimi səbəblər göstərsə də, əslində problem çox vaxt tərəflərin evlilikdə necə davranmağı bilməməsindən qaynaqlanır.
Psixoloq iki əsas məqamı xüsusi qeyd edib:
1. Problemlər "hə" sözündən sonra yoxa çıxmır. Araşdırmalara görə, evlilikdə yaranan problemlərin təxminən 69 faizi daimi xarakter daşıyır və onları davamlı şəkildə müzakirə edib yenidən dəyərləndirmək lazım gəlir. Əks halda, "sevgi hər çətinliyi aşacaq" düşüncəsi böyük məyusluq yaradır. Hətta ən xoşbəxt cütlüklər də mübahisə edə bilir.
2. Evlilik bir dəfəlik seçim deyil.
Trevers qeyd edir ki, uğurlu evlilik gündəlik verilən qərarların cəmidir. Nikah yalnız hüquqi və ya status anlayışı deyil, tərəfdaşların hər gün bir-birinə münasibəti və qarşılıqlı səyləri ilə formalaşır. Ər-arvad bir-birindən çoxlu rol gözləyir: dost, sirdaş, ilham mənbəyi, maddi dəstək və valideynlikdə ortaq. Bunların həyata keçməsi isə zaman, diqqət və qarşılıqlı əmək tələb edir.
Psixoloqun fikrincə, evliliyi birdəfəlik müqavilə deyil, hər gün yenilənməli bir sistem kimi görmək münasibətləri daha möhkəm edir.
Jalə
Demokrat.az