AZ

Elxan Səmədovdan "Qarabağ"a TƏBRİK

PFL-in prezidenti Elxan Səmədov “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.

Qurumun rəhbəri Ağdam təmsilçisinin uğuru hada deyib:
 

“Qarabağ”ı növbəti tarixi nəticə münasibətilə təbrik edirəm. Bu dəfə qələbə Avropanın ali klub turnirində - Çempionlar Liqasında gəldi. Təsnifat mərhələsində də rəqiblərinə şans verməyən “Qarabağ” qitənin adlı-sanlı “Benfika” klubunu da məğlub edərək Liqa mərhələsinə də böyük zəfərlə başladı.



Bu qələbədə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirir, onların simasında sevincimizi bölüşməkdən sonsuz məmnunluq duyduğumu vurğulamaq istəyirəm.

Təşəkkürlər, “Qarabağ”!".

Bizim.Media

Seçilən
4
3
bizim.media

5Mənbələr