Yağıntılı hava səbəbindən yaranan sel suları Quba rayonunun Rustov kəndində kiçik torpaq sürüşməsi yaradıb.
APA-nın Şimal bürosu xəbər verir ki, torpaq qatının sürüşməsi nəticəsində insan sümükləri üzə çıxıb. Qalıqların hansı dövrə aid olduğu hələ ki, məlum deyil.
Hazırda fakt araşdırılır.