Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Publika.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;