AZ

Narkomanlığın profilaktikası məqsədilə məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Bakı, 17 sentyabr, AZƏRTAC

Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, 2026-cı ildə həyata keçiriləcək bu tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında” əksini tapıb. Tədbirin həyata keçirilməsində əsas icraçı qurum Elm və Təhsil Nazirliyi, digər icraçı qurum Səhiyyə Nazirliyidir. Ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün müvafiq təlimat layihəsi hazırlanacaq, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılacaq və yekunda təsdiq ediləcək.

 

Seçilən
25
7
azertag.az

8Mənbələr