Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq münasibətlər və Ukrayna münaqişəsi müzakirə edilib.
Bundan əlavə, Putinin dekabr ayında Hindistana gözlənilən səfəri də gündəmdə olub.