AZ

Vardanyandan növbəti təxribat: Bakı nə cavab verəcək?

Ermənistanın sabiq “dövlət naziri” Ruben Vardanyan məhkəmədə Ermənistanın Baş naziri Nikol Paşinyanın dindirilməsini xahiş edib. Bu müraciət Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin formalaşdığı bir dövrə təsadüf edir. Maraqlıdır, Ermənistanla Azərbaycan arasında davam edən gərginlik fonunda bu məhkəmə işinin siyasi mesajları nədən ibarətdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Vardanyanın bu addımı siyasi təxribat xarakteri daşıyır:

Vaşinqton

“Rusiyanın nökəri olan Vardanyanın Azərbaycan məhkəməsinə etdiyi bu xahiş növbəti skandaldır. O, yaxşı bilir ki, hazırda Azərbaycan və Ermənistan hakimiyyəti arasında məhz onun ağalarının başlatdığı savaşın yekunlaşdırılması prosesi gedir. Bu çağırışın məqsədi Azərbaycan məhkəməsi tərəfindən Ermənistana hər hansı oxşar çağırışın edilməsi və bununla da münasibətlərin yenicə normallaşan mərhələsinə zərbə vurmaqdır.

Onu mühakimə edənlər Vardanyandan ağıllı və təcrübəlidir. Azərbaycan məhkəməsi sadəcə onun arqumentlərini dinləyəcək, lakin istənilən halda bu təxribat ssenarisinə imkan verməyəcək”.

T.Əliyev əlavə edib ki, Vardanyanın adını çəkdiyi şəxslərin əlinin Azərbaycan vətəndaşlarının qanına bulaşdığını hər kəs bilir:

“Onların Bakıya dəvət olunması yox, məhz müttəhim kürsüsündə əyləşməsi realdır. Ona görə də Paşinyanın Bakıya çağırılması iddiası ağlabatan deyil və sadəcə yeni bir təxribat cəhdidir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr