AZ

Rusiya Bakıda gəmi inşa etdirmək istəyir

Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyası (OSK) “Bakı Gəmiqayırma Zavodu” MMC-də 5 tanker sifariş etmək niyyətindədir. Bu barədə Milli Məclisdə İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsi rəis müavini Elxan Şiriyev məlumat verib.

Musavat.com xəbər verir ki, bundan əlavə, OSK ilə iki quru yük gəmisinin inşası barədə də müzakirələr aparılır.

Xatırladaq ki, danışıqlar 2024-cü ildən davam edir və bu məsələ sonuncu dəfə iyun ayında Azərbaycan hökumət nümayəndə heyətinin Sankt-Peterburqda keçirdiyi görüşlərdə gündəmə gətirilib.

Musavat.com

Seçilən
66
musavat.com

1Mənbələr